Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaxın zamanda Moskvada “Qalereya Aktyor” Ticarət-ofis mərkəzinin ofis hissəsində təmiri başa çatdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a ARDNF-dən məlumat verilib.
“Qalereya Aktyor” TOM-da təmir sonra yaxşılaşdırılmış ticarət hissəsi H&M şirkətinin tam icarəsinə verilib. TOM-ın ofis hissəsində təmir işləri hələlik davam edir, lakin onların yaxın zamanda başa çatdırlması nəzərdə tutulur. Təmirin başa çatması və yeni icarədarların cəlb edilməsi, göründüyü kimi, bu daşınmaz əmlak obyektinin dəyərini artıracaq”, - Fonddan qeyd ediblər.
Hesablama Palatasının məlumatına görə, 31 dekabr 2018-ci il tarixinə “Qalereya Aktyor” TOM-ın bazar qiyməti 2017-ci ilin sonuna 3 mlrd. 635,5 mln. rubla ($63 mln. 082,907 min) qarşı 3 mlrd. 269 mln. rubl ($47 mln. 112,059 min) dəyərində qiymətləndirilib.
2018-ci ildə bu obyektin icarəsindən ARDNF-nin gəlirləri 383 mln. 90,029 min rubl, həmçinin xalis gəliri – 4 mln. 359,775 min rubl təşkil edib. **
N.Abbasova