Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bazar günü Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edəcək. Bu barədə MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
“Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşevin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçəcək”, - məlumatda deyilir.
MSK sədri ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaq.
Azərbaycan MSK təmsilçiləri ATƏT/DTİHB, MDB və Türk Şurasının tərkibində seçkiləri müşahidə edəcəklər. **
R.Babayev