“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC Bakı Fond Birjasında (BFB) payını 2 dəfə artırıb. Bu barədə BFB-nin illik hesabatında deyilir.
Hesabata əsasən, “İNVEST-AZ” əvvəllər "Standart Kapital" MMC-yə məxsus olmuş 4,76%-lik payı əldə edib. Beləliklə, investisiya şirkətinin BFB-də payı 9,52%-ə çatıb.
"INVEST-AZ" şirkəti 2006-cı il yanvarın 11-də yaradılıb. Şirkət diler və broker fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir.
Bakı Fond Birjasının səhmdarları 19 təşkilatdır və nizamnamə kapitalı 1,26 mln. manata bərabərdir.*
Ə.Məmmədov