“Azərbaycan Dəmir Yolları” (ADY) QSC iyunun 8-dən etibarən beynəlxalq sərnişin qatarlarına bilet satışına qatarların yola düşməsinə 30 gün qalmış başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ADY-dən məlumat verilib.
“Beynəlxaq sərnişin qatarlarında bilet satışının təkmilləşdirilməsi və sərnişinlər tərəfindən biletlərin öncədən alınmasının təmin edilməsi məqsədi ilə, 08.06.2019-cu il tarixindən etibarən beynəlxalq sərnişin qatarlarına bilet satışı qatarların yola düşməsinə 30 gün qalmış başlayacaq”, - deyə məlumatda bildirilir.
Əvvəllər daxili və beynəlxalq sərnişin qatarlarına bilet satışı qatarların yola düşməsinə 10 gün qalmış başlayırdı.*
Ə.Məmmədov