Baş Prokurorluq Bərdə rayonunda “QAZel” markalı iki yük avtomobilinin iştirakı ilə baş vermiş yol qəzası faktı ilə bağlı cinayət işinin başlanması haqqında məlumat yayıb.
Cinayət işi Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə başlanıb.
Məlumatda bildirilir ki, Elvin Mirzəyev və Elnur Gülməmmədovun idarə etdikləri avtomobillərin toqquşması zamanı baş vermiş yanğın nəticəsində sərnişinlər İlyas Gülməmmədov və Nizami Əliyev aldıqları xəsarətlərdən xəstəxanada vəfat edib.
E.Mirzəyev şübhəli şəxs qismində tutulub.*
R.Babayev