Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçusunun qətlə yetirilməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların pozulmasına yönəlib. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin açıqlamasında deyilir.
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir”, - açıqlamada qeyd olunur.
Nazirlikdən vurğulanır ki, “bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir”.
Bazar günü cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Xəlilov şəhid olub. **
F.İsazadə