“Bakı Metropoliteni” QSC vaqonların təmiri üçün şirkət, eləcə də yolun üst quruluşunun elementlərinintədarükçüsünü seçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
““Bakı Metropoliteni” QSC-nin istismarda olan metro vaqonlarının ön görünüşünün dəyişdirilməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin satın alınması üzrə açıq tenderin qalibi "Nəqliyyat Təmir-təchizat" MMC olub və onunla 2 mln. 87,843 min manat dəyərində müqavilə bağlanıb.
Yolun üst quruluşunun elementlərinin satın alınması üzrə “Azərtranss” MMC və “VSP Komplekt “ MMC qalib elan olunub. «Azertranss» ilə 243,932 min manat, «VSP Komplekt» ilə $354 min dəyərində müqavilələr bağlanıb.
Hər üç müqavilənin ümumi dəyəri 2 mln. 933,575 min manatdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir.*
B.Rüstəmbəyov