Gələn həftə Bakıda Azərbaycan-Rusiya sərhədinin demarkasiyası üzrə içşi qrupunun növbəti iclası keçiriləcək. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bəyan edib.
“Delimitasiya həyata keçirilib, mütəxəssislərin sözlərinə görə, demarkasiya prosesi dostluq şəraitində davam edir. Növbəti iclas gələn həftə Bakıda baş tutacaq. Hər zaman hesab etmişəm ki, bu, ölkələrin bölünməsi deyil, birləşdirilməsi prosesidir ”, - Boçarnikov bu gün mətbuat konfransında bildirib.
Eyni zamanda, diplomat iclasın keçiriləcəyi tarixi dəqiqləşdirməyib. **
F.İsazadə