Prezident İlham Əliyev Qazaxıstanla strateji tərəfdaşlığa əsaslanan ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əmindir.
“Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli-mənəvi köklərindən qaynaqlanır. İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik”, - deyə İ.Əliyev Qazaxıstan Respublikasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə Kasım-Jomart Tokayevə ünvanladığı təbrik məktubunda bildirib.
Təbrik məktubu Azərbaycan prezidentinin saytında dərc olunub.
İ.Əliyev qazaxıstanlı həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətində uğurlar arzulayıb.*
R.Babayev