Azərbaycan, Rusiya Federasiyası və İran prezidentlərinin zirvə toplantısı cari ilin sonuna qədər Rusiya ərazisində keçiriləcək, konkret tarix rəsmi qaydada elan olunacaq. Bu barədə Rusiya Federasiyasının Bakıdakı səfiri Mixail Boçarnikov məlumat verib.
"Zirvə toplantısı ilin sonunadək Rusiyada keçiriləcək. Tarix rəsmi şəkildə açıqlanacaq", - deyə o, bu gün Bakıda keçirilən mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, üç ölkənin liderləri zirvə toplantısında əməkdaşlığın bütün aspektlərini müzakirə edəcəklər.
Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə ilk zirvə toplantısı 2016-cı ilin avqustunda Bakıda, ikinci zirvə toplantısı isə 2017-ci ilin noyabrında Tehranda keçirilib.*
F.İsazadə