Dövlət Gömrük Komitəsi (DGK) 2019-cu ilin yanvar-may aylarında dövlət büdcəsinə 1 mlrd. 733 mln. 497,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-may aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 mlrd. 325 mln. 636,7 min manat təşkil edib. Beləliklə, bu ilin yanvar-may aylarında dövlət büdcəsinə köçürmələr 30,7% artıb.
2019-cu ilin yanvar-may aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 mlrd. 196 mln. 511,8 min manat, aksizlər üzrə 116 mln. 204,8 min manat, yol vergisi üzrə 16 mln. 842,1 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 403 mln. 938,7 min manat məbləğində olub.
2019-cu ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3 mlrd. 702,6 mln. manat məbləğində müəyyən edilib.*
N.Abbasova