1 iyun 2019-cu il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 226,675 min təşkil edir. Bu barədə İB-nin saytında məlumat verilir.
“Cari ilin yanvar-may aylarında İB-də əhali sektoru üzrə 43,153 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 21,24 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 21,913 mini isə regionların payına düşüb”, - deyə məlumatda bildirilir.*
N.Abbasova