İyunun 10-na Azərbaycanda taxıl yığımı 528,743 min ton təşkil edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilir.
Məlumata görə, Azərbaycan ərazisində 1 mln. 9,139 min hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677,793 min hektarı buğda, 331,346 min hektarı arpa sahəsidir.
Orta məhsuldarlıq hər hektara 29,1 sentner təşkil edir.
Qeyd olunur ki, 171,231 min hektar ərazidə arpa (arpa biçini üzrə ümumi əkin sahəsinin 51,7%-ni təşkil edir), 10,254 min hektar ərazidə buğda biçini başa çatıb (buğda biçini üzrə ümumi əkin sahəsinin 1,5%-ni təkil edir).
Həmçinin, məlumat verilir ki, taxıl biçininə 1348 kombayn cəlb olunub. Bunlardan 511-i “Aqrolizinq” ASC-nin balansında olan kombaynlardır, arpa biçininə cəlb olunan 837 kombayn fiziki və hüquqi şəxslərə məxsusdur.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda 3 mln. 309,2 min ton taxıl və dənli paxlalı bitkilər yığılıb, bu da 2017-ci ilin göstəricisindən 13% çoxdur. **
B.Rüstəmbəyov