Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilmiş qondarma “parlament seçkiləri” ilə bağlı bəyanat yayıb.
“Xarici İşlər Nazirliyi Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir və beynəlxalq hüququn kobud pozulması olan Cənubi Osetiyada keçirilmiş qondarma “seçkiləri” tanımır”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
Cənubi Osetiyada “parlament seçkiləri” iyunun 9-da keçirilib.*
F.İsazadə