Azərbaycanın 30 rayonunda uşaqlara yeni günərzi qayğı mərkəzləriin açılması planlaşdırılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncamı ilə daha daha 30 rayonda günərzi qayğı mərkəzi yaradılacaq”, - məlumatda deyilir.
Hazırda 28 rayonda günərzi qayğı mərkəzi fəaliyyət göstərir. 1 iyun 2019-cu il tarixli Beləliklə, belə mərkəzlərin sayı 58-ə çatdırılacaq.
“Yeni mərkəzlər nazirliyin sifarişləri əsasında ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən müvafiq layihələr çərçivəsində təşkil ediləcək. Həmin mərkəzlərdə çətin həyat şəraitində olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə çıxışının təmin edilməsi və dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədi ilə onlara günərzi reabilitasiya yönümlü sosial xidmətlər göstəriləcək”, - nazirlik məlumat verib.
Həmçinin, uşaqların bacarıqlarının artırılması üçün işlər aparılacaq, maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər yaradılacaq, müxtəlif mədəni tədbirlər, ekskursiyalar təşkil olunacaq. **
R.Babayev