Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişi təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Saziş 2019-cu il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb.
Bundan əlavə, dövlət başçısı Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Yalta şəhərində keçirilmiş 2007-ci il 25 may tarixli iclasında imzalanmış “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” sazişi təsdiq edib. **
F.İsazadə