İyulun 31-də “NBC Bank”ın səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə bankın elanında deyilir.
“Yığıncaqda bankın 2018-ci ildəki fəaliyyətinin yekunları müzakirə olunacaq. Xüsusilə İdarə Heyəti və Müşahidə Şurasının hesabatları dinləniləcək”, - deyə elanda bildirilir.
Bundan başqa, səhmdarlar 2018-ci ildə əldə edilmiş mənfəətin bölüşdürülməsinə dair qərar qəbul edəcək, bankın fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edəcəklər.
2018-ci ilin yekunları üzrə “NBC Bank”ın xalis mənfəəti 1 mln. 149,7 min manat təşkil edib.
“NBC Bank” 1992-ci ilin dekabr ayında yaradılıb. Bankın səhmdarları 2 hüquqi (pay 8,75%) və 7 fiziki şəxsdir (pay 91,25%).*
A.Əzizov