Cari ilin birinci rübündə Rusiya vətəndaşları Azərbaycana 130 minə yaxın turist səfəri həyata keçiriblər, bu da 2018-ci ilin hesabat dövründən 12% azdır. Bu barədə TurStat analitik agentlik məlumat veir.
Cari ilin ilk üç ayı ərzində agentliyin tərtib etdiyi səfər turizmi ölkələri reytinqində Azərbaycan 16-cı yerdədir.
O cümdlən, reytinqdə Finlandiya (731 min səfər), Qazaxıstan (528 min), Tayland (494 min), Çin (484 min), Estoniya (389 min), Ukrayna (380 min), Türkiyə (341 min), BƏƏ (316 min), Almaniya (307 min), İtaliya (269 min), Polşa (247 min), Gürcüstan (208 min) və s. ölkələr daha yüksək yerlərdə qərarlaşıblar. **
R.Babayev