Rusiya Qarabağda gərginliyə qarşı çıxış edir, nizamlanma prosesində son sözü münaqişə tərəfləri deyəcək. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
“Biz gərginliyin olmaması, davamlı danışıqlar prosesinin təşkilinin tərəfdarıyıq”, - Kopırkin çərşənbə axşamı İrəvanda mətbuat konfransında bildirib.
Diplomat qeyd edib ki, son qərarı münaqişə tərfləri qəbul etməlidir.
“Rusiyanın roluna balanslaşdırılmış qaydada yanaşmaq lazımdır. Vəzifəmiz ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi, strateji müttəfiq olaraq bizdə mövcud mexanizmlərə kömək etməkdir. Hər şeyin Rusiyadan asılı olduğunu demək düzgün deyil”, - Kopırkin vurğulayıb. **