Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Levan İzoriya bu gün 2019-cu il üçün əməkdaşlıq planı imzalayıblar.
Plan nazirlər arasında Qəbələdə baş tutmuş danışıqların yekunları üzrə imzalanıb.
Sənəd hərbi təlimlərin, yüksək səviyyədə və ekspertlər səviyyəsində görüşlərin keçirilməsini, eləcə də Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri səviyyəsində məsləhətləşmələrin aparılmasını nəzərdə tutur”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri 2019-cu il üçün əməkdaşlıq planının imzalanması mərasimindən bildirib.*
F.İsazadə