Gürcüstan Azərbaycan və Türkiyənin keçirdiyi birgə hərbi təlimlərdə iştirak edəcək. Bunu Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib.
"Hərbi təlimlərin keçirilməsi strateji tərəfdaşlığımızın əsas meyarlarından biridir. Bu gün biz Gürcüstanın da Azərbaycan-Türkiyə hərbi təlimlərində iştirak etməsi barədə qərar qəbul etdik", - deyə L.İzoriya Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşünün yekunları üzrə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, müdafiə nazirləri bu gün regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər.
"Görüşdə ölkələrimizin ərazi bütövlüyünü tanıdığımızı bir daha təsdiq etdik", – deyə gürcü nazir əlavə edib.
O qeyd edib ki, Qəbələ görüşü xalqlarımızın təhlükəsizliyinin təmin olunması baxımından önəmli olub.*
F.İazadə