Abşeron kurortları yay istirahəti üçün MDB ölkələrinin ən yaxşı kurortlarının beşliyinə daxil olub.
“TurStat” analitik agentliyinin məlumatına görə, Qazaxıstanda Burabay kurortu, Qırğızıstanda İssık-Kul gölü, Belarusda Naroç gölü, Xəzər dənizinin sahilində Abşeronun kurortları və Ermənistanda Sevan gölü MDB ölkələrinin yay istirahəti üçün populyar olan kurortlarının beşliyini təşkil edir.
Agentlik qeyd edir ki, vizasız daxil olma, rus dilini bilən yerli sakinlərin qonaqpərvərliyi, ucuz istirahət, dadlı yerli yeməklər və meyvələr MDB ölkələrində yay istirahətinin əsas üstünlükləridir.
İssık-Kulda istirahət etmək daha ucuzdur, ən bahalı istirahət isə Bakı kurortlarındadır.
Reytinq Rusiya turistləri tərəfindən kurortların ziyarətinin təhlili və kurort infrastrukturunun inkişafı əsasında tərtib edilib.*
B.Rüstəmbəyov