Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han iqtisadiyyatın şaxələndirilməsində Aİ-nin Azərbaycanı dəstəkləməyə hazır olduğunu bəyan edib.
"Biz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanın səylərini daha çox dəstəkləmək istəyirik. Hesab edirəm ki, Azərbaycan bu sahədə düzgün istiqamət götürüb. Biz mümkün olan istiqamətlərdə səyləri və inkişafı dəstəkləyəcəyik", - deyə o, bu gün Bakıda jurnalistlərə bildirib.
Y.Han Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni sazişin tezliklə imzalanacağına ümidvar olduğunu deyib. "Bu saziş Aİ-nin prioritetlərindən biridir və Azərbaycan-Aİ əməkdaşlığının intensivləşdirilməsinin növbəti və əyani sübutu olacaq. Azərbaycan Aİ-nin əsas tərəfdaşlarından biridir", - deyə komissar vurğulayıb.*
F.İsazadə