Təhsil Nazirliyi müxtəlif rayonlarda orta təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə podratçı seçimi ilə bağlı tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Tender 14 lot üzrə keçirilir.
Tender Qobustan rayonu, Sündü kənd 360 şagird yerlik tam orta məktəbin, Ağcabədi rayonu, Xocavənd kənd 180 şagird yerlik tam orta məktəbin, Sabirabad rayonu, Türkədi kənd 264 şagird yerlik tam orta məktəbin, Samux rayonu, İnstitut qəsəbə 960 şagird yerlik tam orta məktəbin, Yardımlı şəhəri 180 şagird yerlik tam orta məktəbin və Yevlax rayonu, Qoyunbinəsi kənd 432 şagird yerlik tam orta məktəbin tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasını nəzərdə tutur.
Bundan başqa, tender Ağdam rayonu, Zəngişalı kənd 640 şagird yerlik tam orta məktəbin, Lənkəran rayonu, Zövlə kənd 640 şagird yerlik tam orta məktəbin, Ağsu rayonu, Ərəbuşağı kənd 240 şagird yerlik tam orta məktəbin, Cəlilabad rayonu, Kazımabad kənd 420 şagird yerlik tam orta məktəbin, Hacıqabul şəhəri 864 şagird yerlik tam orta məktəbin, Şirvan şəhəri 320 şagird yerlik tam orta məktəbin və Siyəzən şəhəri 760 şagird yerlik tam orta məktəbin əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlanması üzrə keçirilir.
Tender, həmçinin təhsil müəssisələrinin qazlaşdırılmasını da nəzərdə tutur.
Tenderdə iştirak haqqı hər bir lot üzrə 150 manatdır.
Tender təklifləri 29 iyul 2019-cu il tarixinədək qəbul olunur. Tender proseduru iyulun 30-da baş tutacaq.*
R.Babayev