2019-cu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $808,7 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilir.
2018-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $1 mlrd. 17,8 mln. təşkil edib. Beləliklə, 2019-cu ilin I rübündə birbaşa xarici investisiyaların həcmi 20,5% azalıb.
Hesabat dövründə birbaşa xarici investisiyaların 84,3%-i neft-qaz sektorunun payına düşüb.
I rübdə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi $126,7 mln. (azalma 32,2%), xüsusi çəkisi 25,7% təşkil edib.
AMB-nin məlumatına görə, cari ilin yanvar-mart aylarında Azərbaycan şirkətləri xaricdə $817,2 mln. (artım 45,3%), o cümlədən neft-qaz sektoruna $636,2 mln. (artım 3,1 dəfə), digər sektorlara $181 mln. (azalma 49,4%) məbləğində birbaşa investisiya yatırıb.
Azərbaycan Mərkəzi Bankı Beynəlxalq Valyuta Fondunun (BVF) tövsiyələri ilə 2013-cü ildən tədiyə balansının strukturunu dəyişib. Bununla əlaqədar tədiyə balansının strukturu xalis maliyyə aktivləri və öhdəliklərindən ibarətdir.
2019-cu ilin yanvar-mart aylarının yekunları üzrə xalis maliyyə aktivləri $1 mlrd. 254,8 mln. (artım 27,3%), öhdəlikləri $1 mlrd. 39,7 mln. (artım 98,7%) təşkil edib.
2018-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi $4,1 mlrd. təşkil edib.*
A.Əzizov