2019-cu ilin birinci rübü ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 mlrd. 602,7 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 mlrd. 555,7 mln. təşkil edib. Beləliklə, birinci rüb ərzində profisit 3% artıb.
2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda ÜDM $10,6 mlrd. təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 15,1%-nə bərabər olub.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, 2019-cu ilin yanvar-mart ayları ərzində neft-qaz sektoru üzrə profisit $3 mlrd. (artım 4,6%), qeyri-neft sektoru üzrə kəsir $1,4 mlrd. (artım 6,4%) təşkil edib.
2019-cu ilin birinci rübündə neftin bir barel üçün orta qiyməti bil il öncə $65-ə qarşı $62 təşkil edib.
AMB-nin məlumatına görə, hesabat dövründə cari əməliyyatlar hesabına müsbət təsir edən amillər bunlar olub: xarici ticarət profisitinin 3% artımı, qeyri-neft ixracının 17,2% artımı, neft-qaz ixracının 2,6% artımı, xidmətlər üzrə kəsirin 2,1% azalması.
2019-cu ilin birinci rübündə xarici ticarət dövriyyəsinin həcmi $7 mlrd. təşkil edib və Azərbaycan xarici ticarətdə $2,4 mlrd. məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 11%-i MDB, 89%-i uzaq xarici ölkələrin payına düşüb.
$4,7 mlrd. həcmində ixracın strukturunda Azərbaycanın mal ixracının ümumi həcminin Eyni zamanda, bilavasitə neft və neft məhsullarının ixrac həcmi $3,6 mlrd., neft ixracı $3,5 mlrd. təşkil edib.
$2,3 mlrd. həcmində idxalın strukturunda $1,1 mlrd. istehlak mallarının, o cümlədən $403 mln. ərzaq mallarının payına düşüb. Birinci rübdə ölkəyə $244,2 mln. dəyərində avadanlıq və xüsusi mallar idxal edilib (bütün idxalın 10,8%-i).
2018-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $6 mlrd. 51,1 mln. təşkil edib və 2017-ci illə müqayisədə 3,6 dəfə artıb. **
A.Əzizov