2019-cu ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələri 2018-ci ilin analoji dövrü ilə müqayisədə 11%, xaricə pul köçürmələri 7,3% artıb, köçürmələr üzrə müsbət saldo $125,7 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankdan məlumat verilir.
“Tədiyə balansının məlumatına əsasən, 2019-cu ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələri $215 mln. təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 11% azdır”, - AMB-dən qeyd ediblər.
Eyni zamanda, hesabat dövrü ərzində Azərbaycandan xaricə pul köçürmələri 7,3% - $89,3 mln.-a qədər artıb.
Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə köçürmələrin həcmini 2,4 dəfə ötüb.
Nəticədə, yanvar-mart ayları əzrində pul köçürmələri üzrə müsbət saldo bir il öncə $158,5 mln.-a qarşı $125,7 mln. təşkil edi.
2018-ci ilin yekunları üzrə pul köçürmələri üzrə müsbət saldo $718,3 mln. təşkil edib. **
A.Əzizov