İyul ayından etibarən “Transneft” Azərbayandan Bakı-Novorossiysk neft kəməri ilə neft nəqlinin bərpa olacağını gğözləyir.
“Üçüncü rübdən etibarən ARDNŞ nəqli bərpa edir. Belə başa düşürəm ki, həmkarlar boru xəttindəki bütün nöqsanları aradan qaldırıblar və iyulun 1-dən nəqlin bərpasını gözləyirik”, - şirkətin vitse-prezidenti Sergey Andronov jurnalistlərə məlumat verib.
“Nəql üçün 320 min ton həcmində neft bəyan edilib (üçüncü rüb üçün - İF). Bizə bəyan etdikləri illik həcm təqribən 1,3 mlrd. ton təşkil edir. Hələlik həcmin azalmasına dair dəyişiklik olmayıb”, - o izah edib. **