Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayının birinci yarısında Rusiyadan “S-400”zenit-raketkomplekslərinin tədarükünün başlanmasını gözləyir. Bu barədə bazar günü Türkiyənin NTV telekanalı məlumat verir.
“Düşünürəm ki, iyulun birinci yarısında tədarükə başlanacaq”, - kanal Ərdoğanın sözlərindən sitat gətirir.
“Rusiya ilə “S-400”ilə bağlı məsələni müzakirtə edik. “S-400”məsələsi həll olunub”, - Türkiyə prezidenti əlavə edib.
Mayın 7-də Rusiyadan olan mənbə “İnterfaks”a bildirib ki, iyunun əvvəlində “S-400”komplekslərinin istifadəsi məqsədilə Türkiyə hərbi qulluqçuların hazırlığına başlanması planlaşdırılır.
Türkiyənin müdafiə naziri Əkar mart ayında bəyan edib ki, 2019-cu ilin oktyabr ayında Türkiyədə “S-400”komplekslərinin yerləşdirilməsinə başlanılacaq. **