Kremldə Oman körfəzində hadisələrlə əlaqədar İranın ünvanına istənilən ittihamların qəbuledilməz olduğunu bəyan edirlər.
RF prezidentinin mətbuat katibi Dmitri Peskov bütün tərəfləri təmkinli olmağa və inandırıcı məlumatları gözləməyə çağırıb.
“Biz ağ toz ilə şüşələri unutmamışıq. Biz bunu xatırlayırıq. Buna görə qiymət verməkdə təmkinli olmağı öyrənmişik və əvvə olduğu kimi, buna baxmayaraq, vəziyyəti ağılla qiymətləndirməyə və hər hansı inandırıcı məlumatların üzə çıxmasını gözləməyə çağırırıq”, - Peskov “Moskva. Kreml. Putin” proqramında Oman körfəzində insidentdə İranın əli olmasına dair ABŞ-ın ittihamlarını şərh edərkən bildirib.
O vurğulayıb ki, “bu halda hər hansı məxfi məlumatlara istinad etmək cəfəngiyatdır”.
“Bu cür insidentlər həqiqətən dünya iqtisadiyyatının sadəcə təməlini sarsıtmağa qadırdir, bu səbəbdən burada əsassız ittihamları çətin ki, diqqətə almaq olar”, - Peskov bəyan edib. **