Azərbaycan 2019-cu ilin yanvar-may aylarında 1 mlrd. 210 mln. 691,38 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-may aylarında Azərbaycandan $51 mln. 874,97 min dəyərində 1 mlrd. 210 mln. 691,38 min kVt/saat elektrik enerjisi ixrac olunub”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-may aylarında Azərbaycan $53 mln. 328,61 min dəyərində 1 mlrd. 129 mln. 801,54 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2019-cu ilin yanvar-may aylarında respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 7,2% artıb, dəyər ifadəsində 2,7% azalıb.
2018-ci ildə Azərbaycandan $65 mln. 627,72 min dəyərində 1 mlrd. 397 mln. 323,76 min kVt/saat elektrik enerjisi ixrac olunub.
Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir.*
N.Abbasova