Avqust ayında Rusiyanın Bryansk vilayətinin iş adamalrı biznes missiyası ilə Azərbaycana səfər edəcək. Bu barədə Rusiya mətbuatı məlumat verir.
Bryansk vilayətinin təsis etdiyi biznes inkubatoruna daxil olan İxracın dəstəyi Mərkəzində Qazaxıstan və Azərbaycana biznes missiyaların birgə planlaşdırılmasına başlanacaq. Burada sahibkarlar yeni işgüzar əlaqələr axtaracaqlar.
Mərkəzin rəhbəri Y.Novoseltsevanın qeyd etdiyi ki, Azərbaycanla əməkdaşlıqda maraqlı olan iş adamları bu və ya digər şirkətlərin ziyarətinə dair təkliflər irəli sürə bilərlər. Avqustda Azərbaycana missiyanın təşkili planlaşdırılır.
Missiyanın əsas məqsədi Azərbaycan bazarında vilayətin müəssisələrinin məhsullarının çıxarılması, həmçinin Azərbaycanın potensial kontragentkləri ilə dialoqun təşkilidir. **
B.Rüstəmbəyov