2019-cu ilin yanvar-mart aylarında Azərbaycanın turizm xidmətləri balansının profisiti $672 mln. təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 48,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Cari ilin I rübündə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,3% - $672 mln.-dək azalıb. Turizm xidmətləri balansının kəsiri isə 2018-ci ilin yanvar-mart aylarında qeydə alınmış $65,8 mln. məbləğində profisitə qarşı $33 mln. təşkil edib”, - deyə AMB-nin cari ilin I rübü üçün tədiyə balansına dair məlumatında qeyd olunur.
Hesabat dövründə qeyri-rezidentlər tərəfindən Azərbaycan vətəndaşlarına $352 mln. dəyərində turizm xidmətləri göstərilib. Bu məbləğin 80%-i Azərbaycan vətəndaşlarının xaricə səfərlər zamanı sərf etdikləri vəsaitin payına düşüb”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Azərbaycanın turizm xidmətləri balansının profisiti $349,8 mln. təşkil edib.*
Ə.Məmmədov