Litvanın Azərbaycandakı yeni səfiri Eqidiyus Navikas olacaq.
"E.Navikas sentyabrın 2-dən Litvanın Azərbaycandakı səfiri olacaq. O, bu postda Valdas Lastauskası əvəz edəcək", - deyə Litva Xarici İşlər Nazirliyindən bildiriblər.
Litva XİN Navikasın namizədliyini təsdiqlənmək üçün hökumətə təqdim edib.
V.Lastauskas 2014-cü ilin sentyabr ayından Litvanın Azərbaycandakı diplomatik missiyasına rəhbərlik edir.*
A.Əzizov