Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu yaxınlarda keçirilən hərbi təlim zamanı Gəncədə yaşayış evinə mərminin düşməsi ilə bağlı məlumatı təsdiq edib.
"Bu, təlim mərmisi idi. Əgər döyüş mərmisi olsaydı, itki qaçılmaz olardı”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, o, bu hadisə ilə əlaqədar təlimin dayandırılması barədə göstəriş verib. "Bu gün hadisə yerində komissiya işləyir və onun səbəblərini öyrənir. Müdafiə Nazirliyi dəymiş zərəri ödəyəcək", - deyə o əlavə edib.
Azərbaycan KİV-nin məlumatına görə, hadisə ötən həftə baş verib. Mərmi təlim atışı zamanı Ağstafa rayonu tərəfdən buraxılıb. Yaşayış evində olan şəxslərdən heç kim xəsarət almayıb.*
F.İsazadə