2019-cu ilin yanvar-may aylarında Azərbaycana $113 mln. 906,18 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-may aylarında Azərbaycana $113 mln. 906,18 min dəyərində (artım 7,4%) 5 min 856,51 ton həcmində əczaçılıq məhsulları (2018-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə artım 5,2% - İF) idxal olunub”, - deyə məlumatda bildirilir.
2018-ci ildə Azərbaycana $290 mln. 184,22 min dəyərində 16 min 933,78 ton həcmində əczaçılıq məhsulları idxal olunub.*
N.Abbasova