«Karabah Operating Company» (KOC) əməliyyat şirkətinin filialı Vergilər Nazirliyində qeydiyyatdan keçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
«Mayın 13-də şirkətin filialı qeydiyyatdan keçib. Onun rəsmi təmsilçisi Tahir Dadaşovdur”, - deyə məlumatda bildirilir.
Şirkətin ofisi Bakı şəhərinin Nərimanov rayonunda yerləşir.
31 may 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti arasında “Qarabağ” yatağının işlənməsi haqqında Risk Service Contract imzalanıb. Müqavilə 2018-ci il iyunun 29-da Milli Məclisdə ratifikasiya edilib, iyulun 5-də isə qüvvəyə minib. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən paritet əsaslarla (50%:50%) birgə əməliyyat şirkəti yaradılıb.
"Qarabağ" yatağı Bakıdan 130 km şərqdə yerləşir. Yatağın çıxarıla bilən neft ehtiyatları 16 mln. ton, qaz ehtiyatları isə 28 mlrd. kubmetrdir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 180 metrdir.*
N.Abbasova