Azərbaycanın gömrük orqanları ölkə ərazisindən keçməklə 130 kq-a yaxın heroinin qanunsuz tranzitinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Türkiyə vətəndaşı Karataş İmdat idarə etdiyi "İveco" markalı avtomobil ilə 128 kq 689 qram heroini qanunsuz keçirməyə cəhd edib. Lakin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunun əməkdaşları tərəfindən saxlanılıb”, - məlumatda deyilir.
Türkiyə vətəndaşı narkotik vasitəni Azərbaycandan tranzit keçməklə Avropa ölkələrinə çatdırmağa çalışıb.
“Heroin avtomobilin kabinində-oturacaqların arxa hissəsindəki yataq yerinin altında zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda sonradan kustar üsulla metal lövhələrdən hazırlanan 251 ədəd düzbucaqlı formalı çənin içərisində olub”, - məlumatda vurğulanır. **
R.Babayev