Azərbaycan prezidenti İlham Əliyev respublikanın güc strukturlarının əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40%-i həcmində artırılmasını təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentin sərəncamına əsasən artım Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçiləri, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, zərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, FHN, Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsi, Dövlət Gömrük Komitəsinin hərbi qulluqçuları və dövlət qulluqçusu olmayan mülki işçilərinə şamil olunur.
Artım müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara şamil olunmur.
İ.Əliyevin sərəncamları 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir. **
F.İsazadə