Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyan Vaşinqtonda ATƏT-in Minsk qrupunun Qarabağ nizamlanması üzrə həmsədrlərlə görüşüb.
XİN-in məlumatına görə, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüş ərəfəsində baş tutub.
“Tərəflər öncə əldə olunan razılıqların həyata keçirilməsi kontekstində sülh prosesinin hazırki vəziyyətini dəyərləndiriblər”,- XİN-dən qeyd ediblər. **