Azərbaycan korrupsiya ilə mübarizə çərçivəsində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 21 tövsiyyədən 13-ü “qənaətbəxş şəkildə” yerinə yetirib. Bu barədə GRECO-nun hesabatında deyilir.
“21 tövsiyyədən 13-ü qənaətbəxş şəkildə, 5-ni qismən yerinə yetirib”, - “Parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanının qarşısının alınması”na həsr olunmuş Dördüncü Raund Dəyərləndirmə Hesabatında qeyd olunur.
Xüsusilə, GRECO Milli Məclisdə “Deputatların etik davranış qaydaları haqqında” qanunun qəbulu, həmçinin qanun layihələrinin ictimai məsləhətləşmələr çərçivəsində aparılmasını müsbət dəyərləndirir.
Eyni zamanda, hakimlərlə əlaqədar olaraq, GRECO az sayda tövsiyələrin icrasından narahatlığını ifadə edir.
“Məhkəmə-Hüquq Şurasının tərkibi Avropa standartlarına uyğun olaraq dəyişdirilməlidir və bu qurum hakimlərin bütün kateqoriyalarının təyin edilməsinə cəlb edilməlidir. Hakimlərin daimi təyin etmələri üçün açıq, obyektiv və şəffaf meyarlar təqdim edilməlidir”, - GRECO-nun hesabatında vurğulanır.
O cümlədən, Qrup prokurorların rəqabət səviyyəsində seçiminin tənzimlənməsinin zəruriliyini qeyd edir.
GRECO Azərbaycan rəsmilərini anti-korrupsiya islahatını başa çatdırmaq və 8 tövsiyyənin icrası ilə bağlı 31 dekabr 2019-cu ilədək məlumat verməyi çağırır. **
R.Babayev