Azərbaycanda sənaye parklarının rezidentləri fəaliyyət göstərdikləri dövr ərzində 1,4 mlrd. manat məbləğində məhsul istehsal edib. Bu barədə iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov məlumat verib.
“İstehsal olunan məhsulların bir hissəsi ixrac olunub. Xüsusilə, 267 ml. Manat məbləğində məhsul ixrac edilib”, - Məmmədov bu gün mətbuat konfransında bildirib.
Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları və 2 sənaye məhəlləsi – Neftçala, Masallı sənaye məhəllələri fəaliyyət göstərir.
İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 23-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu ilin sonunadək daha 8 rezident istehsala başlayacaq.
2018-ci ildə rezidentlər tərəfindən 451 milyon dollar sərmayə yatırılıb. İndiyədək sənaye parklarına 3,3 milyard dollar həcmində investisiya qoyulub. Sənaye parklarında 9 minə yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə 400 milyon dollaradək sərmayə qoyuluşu, 1600-dən artıq iş yerinin açılması nəzərdə tutulur. **
B.Rüstəmbəyov