Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ilin əvvəlindən minimum, dövlət büdcəsindən maliyyələşən işçilərin, hərbi qulluqçuların aylıq əməkhaqqlarının mühüm dərəcədə artırılmasını nəzərdə tutan sərəncamlar paketi imzalayıb. Bu tədbirlər 2 mln.-dan artıq şəxsi əhatə edəcək.
“İlin əvvəlindən vətəndaşlar, dövlət qulluqçuları, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırlmasına dair Azərbaycan prezidenti tərəfindən imzalanan sərəncamların ümumi dəyəri 3 mlrd. manatı keçir ($1,8 mlrd.-a yaxın)”, - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bu gtün mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, fevralda Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşən işçilərin 2019-cu il 1 mart tarixindən əməkhaqqının artırılmasına dair sərəncamlar paketi imzalayıb.
Bundan başqa, iyunun 18-də İ.Əliyev dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqqının 2019-cu il sentyabrın 1-dən artırılmasına dair daha bir sərəncamlar paketi imzalayıb. Xüsusilə, hərbi qulluqçular və hüquq-mühafizə orqanları əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşları 50%, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları 20%, minimum aylıq əməkhaqqı 40%, bir sıra dövlət qulluqçularının əməkhaqqı – 40% artırılır.
“Ümumilikdə, bu tədbirlər 2 mln.-dan artıq şəxsi əhatə edəcək”, - Qasımlı əlavə edib. **
R.Babayev