Аzərbaycanın iş adamları cari ildə təşkil olunmuş ixrac missiyaları çərçivəsində $3 mln. dəyərində tədarük sazişləri imzalayıblar. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.
“Bu il biz Çinə 2, Polşaya 1, Latviyaya 1, Qətərə 1 ixrac missiyası olmaqla 5 ixrac missiyası təşkil etmişik. Bu missiyalar çərçivəsində $3 mln.-luq sazişlər imzalanıb”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Y.Abdullayev qeyd edib ki, imzalanmış sazişlər üzrə artıq $1 mln. dəyərində tədarük həyata keçirilib. Ən iri müqavilə Latviyaya ixrac missiyası zamanı imzalanıb. Bu müqavilə $300 min dəyərində meşə fındığının tədarükü ilə bağlı olub.
2019-cu ildə Azərbaycan 25 ixrac missiyası təşkil etməyi planlaşdırır. İxrac missiyaları Çin, Fars körfəzi ölkələri və Avropaya təşkil olunacaq.*
B.Rüstəmbəyov