Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçuları “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin planlaşdırma konfransında iştirak ediblər.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, konfrans Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində keçirilib.
“Tədbirdə üç ölkənin müvafiq qurumlarının nümayəndələri regiondakı iqtisadi cəhətdən əhəmiyyətli layihələrin mühafizəsinin təşkilinə həsr olunan təlimə hazırlıq məsələlərini və qarşıda duran digər tapşırıqları müzakirə ediblər”, - deyə məlumatda bildirilir.*
R.Babayev