2019-cu ilin yanvar-may aylarında Azərbaycanda ÜDM 2,2% (2018-ci ilin yanvar-may aylarında artım 1,13%) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-may aylarında ÜDM-nin nominal həcmi 30 mlrd. 608,7 mln. manat təşkil edib.
Bu dövrdə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 3,099 min manat təşkil edib.
Yanvar-may aylarında ÜDM istehsalının 46%-i sənayenin payına düşüb, ÜDM-də vergilərin payı 9,3% təşkil edib.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6% artacağını proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb.*
N.Abbasova