Müdafiə Sənayesi Nazirliyi və Fransanın “Thales Group” şirkəti müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalı üzrə birgə müəssisə təşkil edə bilər.
Müdafiə Sənayesi Nazirliyinin müşaviri Fərrux Vəzirov Parisdə keçirilən “Paris Air Show-2019” sərgisi çərçivəsində “Thales Group” şirkətinin rəhbərliyi ilə müzakirələr aparıb.
“Görüş zamanı müxtəlif növ aşkaretmə və radiolokasiya sistemlərinin birgə istehsalının yaradılması istiqamətində danışıqlar aparılıb. Azərbaycanda və qonşu ölkələrdə bu şirkətin məhsullarına texniki xidmətin göstərilməsi və təmiri üzrə birgə regional servis mərkəzinin yaradılmasına dair məsələlər müzakirə edilib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, tərəflər arasında müzakirə edilən birgə layihələrin həyata keçirilməsi üçün növbəti addımların atılmasına dair razılıq əldə edilib. **
F.İsazadə