Müdafiə Sənayesi Nazirliyi İtaliyanın ən iri maşınqayırma holdinqlərindən biri olan “Leonardo” şirkəti və Avropada aviasiya sahəsində ən böyük transmilli şirkət olan «Airbus Group»un nümayəndələri ilə birgə layihələrin həyata keçirilməsinə dair danışıqların növbəti raundunu Bakıda keçirəcək.
Müvafiq razılaşma Fransada keçirilən “Paris Air Show-2019” sərgisində əldə edilib.
“Sərgi çərçivəsində energetika nazirinin müşaviri Fərrux Vəzirov “Leonardo” şirkətinin nümayəndələri ilə birgə layihələrlə bağlı danışıqları davam etdirib.Bununla yanaşı, “Airbus” şirkəti ilə aerokosmik sahədə layihələrin icra edilməsi ilə bağlı razılıq əldə edilib”, - deyə məlumatda vurğulanır.
Növbəti mərhələlərdə danışıqların hər iki tərəfin ekspertlərinin iştirakı ilə Azərbaycanda aparılmasına dair razılıq əldə edilib.*
F.İsazadə