Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər və regionda gedən proseslər ətrafında geniş fikir mübadiləsi aparıblar.
“Tərəflər müxtəlif məsələlər üzrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinin cari mərhələsi və danışıqların irəli aparılması mexanizmləri, eləcə də regionda baş verən hadisələr ətrafında intensiv məsləhətləşmələr və uzun fikir mübadiləsi aparıblar”, – deyə XİN-in mətbuat katibi Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.*