Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi əhalinin sosial rifahının yaxşılaşdırılması üzrə yeni tədbirlər paketi inflyasiyaya güclü təzyiq göstərməyəcək. Maliyyə naziri Samir Şərifov belə hesab edir.
“Sözsüz ki, bu cür qərarların qəbulu zamanı inflyasiya məsələləri nəzərə alınır, çünki onlar pul kütləsinin artmasına gətirir. Gördüyünüz kimi, bu il sosial islahatlar 2 mərhələyə bölünüb. Birinci mərhələdə martda həyata keçirilib və biz inflyasiyaya güclü təsir müşahidəı etmirik. Hazırda Dövlət Statistika Komitəsinin mlumatına görə, inflyasiya 2,5%-dən aşağı səviyyədədir. Yeni qəbul olunan sosial islahatlar paketinin yekunlarına dair inflyasiyaya birbaşa təzyiq gözləmirik”, - Şərifov AzTV telekanalının efirində bildirib.
Dövlət Statistika Komitəsindən məlumat verilib ki, 2019-cu ilin may ayında Azərbaycanda deflyasiya aprel ayında qeydə alınmış 0,4% səviyyəsində inflyasiyaya qarşı 0,4% təşkil edib.
May ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,4% (cari ilin aprel ayının sonuna 2,4%) təşkil edib. Ərzaq məhsullarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4% bahalaşıb.
Azərbaycan hökuməti 2019-cu il üçün orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır. 2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.
iyunun 18-də İ.Əliyev dövlət büdcəsindən maliyyələşən işçilərin əməkhaqqının 2019-cu il sentyabrın 1-dən artırılmasına dair daha bir sərəncamlar paketi imzalayıb. Xüsusilə, hərbi qulluqçular və hüquq-mühafizə orqanları əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşları 50%, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları 20%, minimum aylıq əməkhaqqı 40%, bir sıra dövlət qulluqçularının əməkhaqqı – 40% artırılır.
Ümumilikdə, bu tədbirlər 2 mln.-dan artıq şəxsi əhatə edəcək. Onların reallaşdırılmasına təxminən 3 mlrd. manat yönəldiləcək.
Azərbaycan hökuməti 2019-cu il üçün orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır. **
Ə.Məmmədov